Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni Azərbaycan Partiyasının VII qurultayında Cənab Prezident İlham Əliyevin çıxışındakı əsas məqamlar

0

  •    Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsindən iki il ötsə də, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultaydakı videoformatda etdiyi çıxışı həmişə xatırlanacaq.   Yeni Azərbaycan Partiyasının VI qurultayından keçən üç il ərzində görülən işlərdən söz açan cənab prezident bunların içərisində xalqımız üçün ən önəmli olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılması olduğunu diqqətə çatdırdı.   Cənab prezident bütün çıxışlarında deyirdi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq”. Prezidentlik fəaliyyəti dövründə verdiyi bütün vədləri yerinə yetirən dövlət başçımız Qarabağ məsələsini də daim prioritet məsələ kimi diqqət mərkəzində saxlayırdı. Dünyada baş verən proseslər, dövlətimizə qarşı artan təzyiqlər, məkrli düşmənə havadarlıq edənlər torpaqlarımızın işğaldan azad olunmasına əngəllər yaradırdı. Ancaq bütün bunlara baxmayaraq cənab prezidentin apardığı uğurlu siyasəti, qətiyyətli addımları sayəsində rəşadətli Ordumuz Şəhidlərimizin qanlarını yerdə qoymayaraq bizə Böyük Zəfər yaşatdılar.    Əlbəttə ki, bu Zəfərə gedən yol çox çətin idi, ancaq keçilməz deyildi. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün yeni islahatların aparılması zəruri idi ki, bunun da öhdəsindən Ali Baş Komandanımız İlham Əliyev layiqincə gəlirdi. Həm siyasi, həm də iqtisadi sahədə dayanıqlı inkişaf təmin edildi. Beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik ölkəyə çevrildi. Ordu quruculuğunda da islahatlar aparıldı. Nəticədə əsas məsələmiz-ərazi bütövlüyümüzün bərpası təmin edildi.    Cənab prezident öz çıxışında Yeni Azərbaycan Partiyasının adının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu da diqqətə çatdırdı. Bəli, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan keçmiş müttəfiq respublikalar arasında bütün göstəricilərinə görə axırıncı yerlərdə idi. 1982-ci ildə isə qabaqcıl yerlərdə qərarlaşdı. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı sahələrini böyük dərəcədə inkişaf etdirdi və canlandırdı.    H.Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişinə etiraz edən qüvvələr ancaq öz maraqlarını güdürdülər. Xüsusilə AXC-Musavat cütlüyü “canfəşanlıq” göstərirdilər.Yarıtmaz fəaliyyətləri ilə ölkəmizi məhvə doğru aparan qüvvələrin etirazlarına baxmayaraq, Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə gəlişi Azərbaycanda xaosun, özbaşınalığın, qardaş qırğınının, ermənilərin davam edən işğalının qarşısına sədd çəkdi. Ölkəmizi məhvolma təhlükəsindən xilas etdi. Tamamilə çökmüş iqtisadiyyatımız dirçəldi. Uğurlu neft strategiyasının həyata keçirilməsi ilə Azərbaycan inkişafa doğru uğurlu addım atdı.    Biz Azərbaycanın bu gününə görə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Nə qədər Azərbaycan var, Heydər Əliyev də var. Bu isə əbədidir!Zülfü Quliyev,Xocalı rayon sakini, YAP Xocalı rayon təşkilatının ərazi partiya təşkilatının sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    Yeni Azərbaycan Partiyasının VII qurultayında Cənab Prezident İlham Əliyevin çıxışındakı əsas məqamlar

    Maraqlı gələ bilər
    48
    47
    146
    158